Hindistanda ilk dəfə yaşıl göbələk infeksiyası aşkarlandı

Bu hadisə ölkədə görünən ilk yaşıl göbələk infeksiyası olaraq qeydiyyata düşüb

1660175
Hindistanda ilk dəfə yaşıl göbələk infeksiyası aşkarlandı

 

  Ölkənin Madhya Pradeş əyalətində yeni tip koronavirus (Covid-19) müalicəsini tamamlayan xəstənin qapdığı infeksiyanın, ehtimala görə, ölkədə ilk dəfə aşkarlanan yaşıl göbələk olduğu deyilib.  

  “New Age” saytının xəbərinə görə, 34 yaşlı kişi “Covid-19” müalicəsini tamamladıqdan sonra yaşıl göbələk xəstəliyinə tutulduğu üçün təcili yardım təyyarəsi ilə müalicəyə Mumbaydakı Hinduja xəstəxanasına nəql edilib.

  Son bir ay yarımdır ki İndoredəki Aurobindo xəstəxanasında “Covid-19” müalicəsi alan xəstədə 90 faiz səviyyəsində ağciyər infeksiyası var idi. Yoxlama zamanı xəstənin ağciyərlərində düşünülən quru göbələk deyil, yaşıl göbələk təsbit edilib. Bu hadisə ölkədə görünən ilk yaşıl göbələk infeksiyası olaraq qeydiyyata düşüb.

  Sri Aurobindo Tibb Elmləri İnstitutu Sinə Xəstəlikləri Bölümünün rəhbəri Ravi Dosi xəstənin qara göbələk şübhəsiylə testdən keçirildiyini, ancaq sinus, ağciyər və qanda yaşıl göbələk infeksiyasına rast gəlindiyini bildirib.



Әlaqәli Xәbәrlәr