Karantin dünyada nəyə fayda gətirdi?

Amerika Kosmos və Aviasiya İdarəsinin (NASA) “Jet Propulsion” Laboratoriyası (JPL) tərəfindən aparılan araşdırmaya görə...

1656779
Karantin dünyada nəyə fayda gətirdi?

 

  Amerika Kosmos və Aviasiya İdarəsinin (NASA) “Jet Propulsion” Laboratoriyası (JPL) tərəfindən aparılan araşdırmaya görə, atmosferdəki zərərli azot oksidi emissiyası 2021-ci ilin iyun ayına qədər qlobal olaraq 15 faiz azalıb.

  Çinin şəhərlərində karantin tətbiqilə əlaqədar bir neçə həftə ərzində 50, ABŞ-ın bir sıra ştatlarında isə 25 faiz azalma müşahidə edilib.

  Alimlər qlobal emissiyanın 2021-ci ilin fevralında 12, martında 14, aprelində 15 və iyun ayında isə 13 faiz azaldığını deyiblər.

  2020-ci ilin əvvəlində İtaliyada tətbiq olunan karantin 2021-ci il fevral ayının sonundan may ayının əvvəlinə qədər tullantıların 25 faizə qədər azalmasına səbəb olub.

  Fransa və İspaniya kimi Avropa ölkələrində də mart-may aylarında tullantı həcmi böyük dərəcədə azalıb.    



Әlaqәli Xәbәrlәr