ABŞ-da 88 illik sikkə rekord qiymətə satılıb

ABŞ-da 1933-cü ilə məxsus sikkə 18.9 milyon dollara satılıb.

1654914
ABŞ-da 88 illik sikkə rekord qiymətə satılıb

ABŞ-da 1933-cü ilə məxsus sikkə 18.9 milyon dollara satılıb.

Sikkə Nyu-Yorkdakı "Sotheby's" hərracında satışa çıxarılıb.

"Double Eagle" (cüt qartal) qızıl sikkəsi açıqlanmayan bir şəxsə rekord qiymətə - 18.9 milyon dollara satılıb.

Bir tərəfində Azadlıq heykəli, digər tərəfində uçan qartal olan sikkə 1933-cü ildə zərb olunduqdan sonra heç vaxt dövriyyəyə buraxılmayıb.

Amerikalı rəsmilər ABŞ-ın o zamankı prezidenti Franklin Ruzveltin göstərişi ilə qızıl standart sistemindən imtina edərək "Cüt qartal" sikkələrinin demək olar ki hamısını məhv ediblər.

Qalan sikkələrdən ikisi muzeyə göndərilib.

Rekord qiymətə satılan sikkə bir müddət üçün Misir Kralı Farukda qalıb.

Daha sonra Nyu-Yorkdakı kəşfiyyat əməliyyatında ələ keçirilib.



Әlaqәli Xәbәrlәr