Makrona şillə cəhdi

Fransa mətbuatı hadisə ilə əlaqədar iki adamın nəzarətə alındığını yazır

1654199
Makrona şillə cəhdi

 

  Fransa prezidenti Emmanuel Makron Drom (Drome) bölgəsinə səfəri zamanı şillə hücumuna uğrayıb.

  Ölkəyə tur atan Makron Tanleğmitaj (Tain-l'Hermitage) şəhərində turizm menecmentliyi liseyini gəzdikdən sonra onu gözləyən kütləyə yaxınlaşıb.

  Ölkə başçısına yaxınlaşan adam bir əliylə qolunu tutduğu Makrona digər əliylə şillə vurub. Mühafizə Xidməti hadisəyə dərhal müdaxilə edib. Yelisey (Elysee) Sarayı bu hərəkəti "şillələmə cəhdi" adlandırıb.

  Fransa mətbuatı hadisə ilə əlaqədar iki adamın nəzarətə alındığını yazır.

  Qeyd edək ki, keçən həftə 2 günlük Lot bölgəsinə gedən Emmanuel Makronun "Fransa turu" adlandırdığı və ikincisini Droma etdiyi səfər müxalifət tərəfindən “seçki dövrü” olaraq xarakterizə edilir.



Әlaqәli Xәbәrlәr