Çində ailələr üç uşaq sahibi ola biləcəklər

Çinin hakimiyyət orqanları ailələrin üç uşaq sahibi olmasına icazə verən qərar qəbul edi

1648916
Çində ailələr üç uşaq sahibi ola biləcəklər

Sinxua informasiya agentliyinin məlumatına görə qərar Çin Kommunist Partiyası Siyasi bürosunun iclasında qəbul olunub. Qərarın nə vaxt qüvvəyə minəcəyi dəqiqləşdirilməyib.

1970-ci illərin ortalarında Çində doğumun məhdudlaşdırılması istiqamətində sərt tədbirlər görülməyə başlanılmışdı. O zaman bəzi istisnalar olmaqla, ailələrə yalnız bir uşağa sahiblənmə icazəsi verilirdi. Qaydanı pozan valideynlər böyük cərimələrə məruz qalırdı. Onlar, həmçinin dövlət xidmətindən kənarlaşdırılır və Kommunist partiyasının sıralarından xaric edilirdi.

2016-cı il yanvarın 1-dən isə ölkədə çinli ailələrin iki uşağa sahib olmasına icazə verən qanun qüvvəyə minib.

Qeyd edək ki, mayın 12-də Çində hər on ildən bir keçirilən əhalinin siyahıya alınması prosesi barədə məlumatlar dərc olunub. Sənədə əsasən, 2021-ci ilin əvvəlində ölkədə 1 milyard 411 milyon nəfər yaşayır.

 

 



Әlaqәli Xәbәrlәr