İngiltərənin baş naziri gizlincə evləndi

İngiltərə mətbuatından yayılan xəbərlərə görə...

1648198
İngiltərənin baş naziri gizlincə evləndi

 

  İngiltərənin baş naziri Boris Conson nişanlısı Kerri Saymondsla (Carrie Symonds) Nazirlər Kabineti (Westminster Cathedral) iqamətgahında gizli mərasimlə evləndi.

  İngiltərə mətbuatından yayılan xəbərlərə görə, 56 yaşlı baş nazir 33 yaşlı nişanlısı Saymondsla “Westminster Cathedral”ındə 30 nəfərlik ailə üzvləri və dost-tanışlarının iştirakı ilə kiçik bir mərasimdə evləndi.

  Baş Nazirlik mövzuya ilə bağlı rəsmi şərh verməyib.

  Şimali İrlandiya regional hökumətinin baş naziri və Demokratik Birlik Partiyasının (DUP) sədri Arlin Foster (Arlene Foster) “twitter”dən Conson və Saymondsu evlilikləri münasibətilə təbrik edib.

  2019-cu ilin dekabrından nişanlı olan cütlüyün Uilfred Lori Nikolas Conson (Wilfred Lawrie Nicholas Johnson) adlı bir oğulları var.

  Xatırladaq ki, Boris Consonun 2018-ci ildə bitən son evliliyindən 4 uşağı var.



Әlaqәli Xәbәrlәr