İlk dəfə “Covid-19” peyvəndinə görə təzminat qərarı verildi

Karen-İnger Bast sözügedən mövzu ilə bağlı deyib...

1648135
İlk dəfə “Covid-19” peyvəndinə görə təzminat qərarı verildi

 

  Danimarkanın paytaxtı Kopenhagendə yeni tip koronavirusa (Kovid-19) qarşı tətbiq olunan “AstraZenaca” peyvəndinin səbəb olduğu yan təsirlərə görə ilk dəfə bir xəstəyə təzminat ödənilməsinə qərar verildi.

  Ölkədə xəstələrin ədliyyə əməliyyatları ilə maraqlanan “Patienterstatningen” qurumu 2021-ci ilin yanvar ayında İngiltərənin inkişaf etdirdiyi “AstraZenaca” peyvəndi vurulduqdan sonra qan laxtalanması problemi yaşayan 30 yaşlı qadına təzminat ödənilməsi üçün qərar verdi. Qurumun başçısı Karen-İnger Bast sözügedən mövzu ilə bağlı deyib: "Qadının xəstə qeydlərini oxuduqdan sonra tromboz (qan laxtalanması) hadisəsinin peyvənddən qaynaqlandığına dair şübhə qalmadı".

  Peyvənd olduqdan bir neçə gün sonra kəskin baş ağrıları yaşayan “Covid-19” xəstəsinə daha sonra “beynində və qaraciyərində qan laxtaları” diaqnozu qoyulub.

  Qərara görə, hələlik gənc qadın yan təsirlərdən qaynaqlanan narahatlıqla əlaqədar çalışa bilmədiyi günlər üçün təzminat alacaq. Problem uzanarsa, əlavə təzminat alma haqqına sahib olacaq xəstə qadın çalışdığı iş yerində peyvənd olmağa məcbur edildiyi üçün həm də iş yerindən təzminat ala biləcək.



Әlaqәli Xәbәrlәr