“Balkanlara qarşı Türkiyənin xarici siyasəti bundan daha gözəl nümayiş etdirilə bilməzdi”

Mətbuat konfransı zamanı arxadan Türk Hava Yollarına (THY) məxsus təyyarənin keçməsi maraqlı görüntülərə səbəb olub.

1635134
“Balkanlara qarşı Türkiyənin xarici siyasəti bundan daha gözəl nümayiş etdirilə bilməzdi”

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə Albaniyanın baş naziri Edi Ramanın mətbuat konfransı zamanı onların arxasından Türk Hava Yollarına (THY) məxsus təyyarənin keçməsi maraqlı görüntülərə səbəb olub.

Oliver Varhelyi, Aİ-nin Albaniyaya göndərdiyi peyvəndlərin paytaxt Tirandakı qarşılanma mərasimində Baş nazir Edi Rama ilə birgə mətbuat konfransı təşkil edib.

Birgə mətbuat konfransı zamanı Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi uçuş zolağında hərəkətə başlayıb. Hər iki rəhbər Türk Hava Yollarının adını təkrarlayaraq gülümsəyib. Televiziya kanallarında canlı yayımlanan görüntülər qısa müddətdə sosial şəbəkələrdə dəfələrlə paylaşılıb, “Balkanlara qarşı Türkiyənin xarici siyasəti bundan daha gözəl nümayiş etdirilə bilməzdi” şərhləri yazılıb.



Әlaqәli Xәbәrlәr