İnsan bədəni 2,0 -  içimizdəki böyük kainat

Sənət direktoru Tot Qerqey (Toth Gergely) sərginin fövqəladə olduğunu bildirərək deyib...

1625896
İnsan bədəni 2,0 -  içimizdəki böyük kainat

 

  Xorvatiyada insan bədəni və bütün orqanlarını göstərən sərgi görənlərin böyük marağına səbəb olur.

  Paytaxt Zaqrebdəki Klovicev Qalereyası estetik anatomiyanın təqdimatını mümkün edən nümunə qoruma üsullu texnika ilə plastinasiya edilmiş bədənlərin göstərildiyi "İnsan bədəni 2,0 -  içimizdəki böyük kainat" sərgisinə ev sahibliyi edir.

  İnsanın rüşeymindən dölə, körpəlikdən uşaqlığa, yetkinlikdən gəncliyə, ahıllqıdan yaşlılığa qədər olan bütün həyat mərhələsini izah edən sərgidə 15 insan bədəni ilə 200-dən çox orqan olduğu kimi göstərilir.

  Sənət direktoru Tot Qerqey (Toth Gergely) sərginin fövqəladə olduğunu bildirərək deyib: "Sərgini ilk dəfə bir il yarım əvvəl gördüyümdə bunun sıravi bir şey olmadığını hiss etdim. Göstərilən orqanlar bədənimizin içəridə necə çalışdığını açıqca gözlər önünə sərir.

  Sərgi ilk dəfə Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində açılıb. Bundan sonra sərginin digər ölkə və bölgələrdə də açılmasını planlaşdırdıq”.

  İki ay açıq olacaq sərgidə insanın tənəffüsü, qan dövranı, əzələ və hərəkət sistemi kimi bir çox bədən funksiyası üç ölçülü görüntülərlə təqdim olunur.  



Әlaqәli Xәbәrlәr