Dünyanın bir çox ölkəsində Türk seriallarına maraq artıb

Türk serialları bu il də Livanda ən çox izlənən seriallar asırasında iştirak edib.

1624846
Dünyanın bir çox ölkəsində Türk seriallarına maraq artıb

Livanın izlənmə reytinqi ən yüksək olan televiziya kanalı Əl-Cədid, Ramazan ayının başlaması ilə birlikdə “Aşk Laftan Anlamaz” və “Dolunay” adı ilə bilinən 2 Türk serialını ekranlarına çıxarıb. Livanda Türk serialları əsas xəbər bülletenindən əvvəl və sonra tamaşaçılara təqdim edilir.

 Ölkənin aparıcı kanallarından MTV, türk seriallarından “Afili Aşk”-ı, LBCI kanalı “Paramparça” və "Sefirin Kızı" serialını ekranlarına daşıyacaq.

İlk dəfə 2007-ci ildə Türk serialları ilə tanış olan Livan xalqı, xüsusiylə Ramazan ayında Türk seriallarını izləyən ərəb cəmiyyətlər arasında ilk sırada iştirak edir



Әlaqәli Xәbәrlәr