İzmirdə elektrikli mini maşınlar istifadəçilərinə təqdim edildi

İzmirdə fəaliyyət göstərən KODECO texnologiya şirkətinin inkişaf etdirdiyi elektrikli mini maşınlar istifadəçilərinə təqdim olundu

1623751
İzmirdə elektrikli mini maşınlar istifadəçilərinə təqdim edildi
elektrikli arac zoop.jpg
elektrikli arac zoop izmir.jpg

 

  İzmirdə fəaliyyət göstərən KODECO texnologiya şirkətinin inkişaf etdirdiyi elektrikli mini maşınlar istifadəçilərinə təqdim olundu.  

  Dünya üzrə artan paylaşılan texnologiya vasitələrinə son illər Türkiyədə də maraq çoxalıb. Bura “scooter” tipli ekosistemə malik avtomobillər də daxildir.

  İzmirdə şəhəriçi nəqliyyat texnologiyalarına aid elektrikli mini maşın inkişafı icraçısı - KODECO şirkəti tərəfindən testlər müvəffəqiyyətlə keçib və maşın istifadəçilərin ixtiyarına verilib. Maşınların istifadəsi üçün ZOOP aplikasiyasını inkişaf etdirən şirkət bu avtomobillərlə nəqliyyata qatqı verməyə başlayıb.

  Bir dəfə elektrik yüklənməsi ilə təxminən 100 kilometr yol gedə bilən maşının açarı internet üzərindən endirilən ZOOP adlı mobil tətbiqdir. Yəni maşının qapısı bu cür açılır. Maşının içində olan toxunma ekran üzərindən çalışan maşında irəli-geri çarxlar da bu yolla nizamlanır.



Әlaqәli Xәbәrlәr