Taşköprü sarımsağı da Avropa İttifaqı sertifikatı aldı

Türkiyənin əkinçilik və meşə naziri Bəkir Pakdemirli “twitter” hesabından yazıb...

1623126
Taşköprü sarımsağı da Avropa İttifaqı sertifikatı aldı

 

  Türkiyənin Kastamonu rayonuna məxsus Taşköprü sarımsağı Avropa İttifaqından “Coğrafi işarə qeydiyyatı” sertifikatı aldı.

  Türkiyənin əkinçilik və meşə naziri Bəkir Pakdemirli “twitter” hesabından yazıb: "Kastamonunun “ağ qızıl” adlandırılan məşhur Taşköprü sarımsağı Avropa İttifaqından “Coğrafi işarə qeydiyyatı” sertifikatı aldı. Əməyi keçən hər kəsi təbrik edirəm."

  Kastamonunun Taşköprü sarımsağından bir neçə ay əvvəl Çanaqqalanın “Bayramiç beyazı” adlanan alçası Aİ-nin coğrafi işarə siyahısına düşmüşdü. Beləcə, Tüküyənin Avropa İttifaqı qeydiyyatlı coğrafi işarə sayı 7-yə çıxdı. Bu da o deməkdir ki, sözügedən sarımsaq və ağ alça növləri Aİ tərəfindən qoruma altına alındı.

  O cümlədən, Avropa İttifaqı coğrafi işarə siyahısında Türkiyədən Antep (Qaziantep) paxlavası, Aydın ənciri, Malatya əriyi, Aydın şabalıdı, Taşköprü sarımsağı, Milas zeytun yağı və Bayramiç alçası da olmaqla 7 xüsusi məhsul var.



Әlaqәli Xәbәrlәr