Dünyanın ən böyük dovşanı oğurlanıb

Dovşanının oğurlanması ilə əlaqədar Edvard belə təxmin edir...

1620580
Dünyanın ən böyük dovşanı oğurlanıb

 

  129 santimetr boyu ilə dünyanın ən böyük dovşanı olaraq 2010-cu ildə Ginnes (Guinness) rekordlar kitabına düşən 10 yaşlı Dara (Darius) İngiltərədə evin bağçasından oğurlanıb.

  İngiltərənin Vusterşir (Worcestershire) bölgəsindəki Stulton (Stoulton) şəhərində yaşayan keçmiş model Annet Edvards (Annette Edwards) Daranın evinin bağçasından oğurlandığını söyləyərək “twitter”dən insanlara səslənib: “Çox kədərliyik. Daranı gətirənə 1000 sterlinq pul mükafatı verəcəyəm. Xahiş edirəm, onu geri gətirin. O yenidən törəmək üçün onsuz da çox yaşlıdır".

  Dovşanının oğurlanması ilə əlaqədar Edvard belə təxmin edir: "Ətrafda çox paxıl adam var. Bunun arxasında kimin olduğuna dair şübhələrim var. Əvvəldən məlumatı olan biridir. Oğrular hasarın üzərindən keçib Daranı böyük yuvasından çıxararaq aparıblar. Yerini dəyişirdik ki, oğrular onu tapa bilməsin, amma biri nə etdiyini bilmiş. Dovşanım sifarişlə oğurlanıb". 



Әlaqәli Xәbәrlәr