Nəhəng taxta-tuxta heykəllər görənlərin böyük marağını çəkir

Bölgə xalqına hədiyyə edilən folklor xarakterli heykəllər üçün lazımi vəsaitin toplanmasında sənətçiyə təxminən 200 yerli adam kömək edib

1618026
Nəhəng taxta-tuxta heykəllər görənlərin böyük marağını çəkir

 

  Belçikada yaşıllıq içində sərgilənən böyük taxta-tuxta heykəllər görənlərin marağını çəkir.

  Bum qəsəbəsi yaxınlığındakı “Da Schorre” parkında olan və nağıllardakı xarakterlərə bənzəyən 7 böyük ağac heykəl danimarkalı sənətkar Tomas Dambo tərəfindən hazırlanıb.

  İnternet saytındakı təqdimatında özünü "geri dönüş sənətçisi" adlandıran Dambonun 2019-cu ildə bir musiqi festivalı üçün hazırladığı heykəllər geri dönüşün əhəmiyyətinə diqqət çəkmək üçün tullantı rəflər, qopmuş ağac budaqları və köhnə palitralardan düzəldilib.

  Bölgə xalqına hədiyyə edilən folklor xarakterli heykəllər üçün lazımi vəsaitin toplanmasında sənətçiyə təxminən 200 yerli adam kömək edib.

  Heykəllərin boyu 7 - 18 metr arasında dəyişir.

  Tamamlanması 25 həftə çəkən heykəlləri Dambo 15 nəfərlik qrupu ilə düzəldir.

  Danimarkalı sənətçinin heykəlləri festivaldan sonra yaşıllıq ərazidə sərgilənməyə davam edir.

  Belçikanın bir çox şəhərindən heykəlləri görmək üçün Bum qəsəbəsinə gəlirlər.

  Tomas Dambonun Amerika, Çin, Avstraliya, Braziliya və Meksikada da bənzər əsərləri vardır.



Әlaqәli Xәbәrlәr