Avropanın ən qədim 4 min illik daş xəritəsi ortaya çıxarıldı

Əslində uzunluğu 2,2, eni 1,53 metr olan bu daş lövhə 1900-cü ildə Finisteredəki tarixi qəbiristanlıqda aparılan qazıntı işləri zamanı tapılmışdı, amma ...

1617607
Avropanın ən qədim 4 min illik daş xəritəsi ortaya çıxarıldı

 

  Fransada Avropanın ən qədim üç ölçülü xəritəsi olduğu düşünülən 4 min illik bir daş lövhə ortaya çıxarılıb.

  Qırıq daş üzərindəki oyulmalar təpələr və çay şəbəkəsinə bənzəyir.

  Əslində uzunluğu 2,2, eni 1,53 metr olan bu daş lövhə 1900-cü ildə Finisteredəki tarixi qəbiristanlıqda aparılan qazıntı işləri zamanı tapılmışdı. Amma daha sonra itən bu lövhə 2014-cü ildə paytaxt Parisin şimal qərbindəki Sen-Jermen-an-Ledə (Saint-Germain-en-Laye) bir zirzəmidə yenidən ortaya çıxdı.

  Arxeoloqlar Sen-Belek (Saint-Bélec) lövhəsi üzərindəki 4 min illik qravürlərin topoloji xüsusiyyətlərə malik olduğunu söyləyir.

  Lövhənin erkən Tunc dövründən qalma olduğu və bir daş məzarın divarlarından biri kimi istifadə edildiyi düşünülür.

  Mütəxəssislər xətlərlə birləşdirilərək təkrarlanan motivlərin daş lövhəyə bir kartoqrafik görüntü verdiyini, bunun qədimdə cəmiyyətdə xəritələmə mütəxəssisliyinin olduğunu deyirlər.

  Bəzi araşdırmaçılar daşın qərbi Bretani (Brittany) bölgəsini göstərdiyini söyləyir. Amma Bornmut (Bournemouth) Universitetinin alimləri daşın üzərindəki qravürlərin Odet çayı və vadisini, digər xətlərin isə bölgənin çay şəbəkəsini göstərdiyini bildirir.



Әlaqәli Xәbәrlәr