Hava yolu şirkətləri iflasdan qurtulmaq üçün təyyarələri restorana çevirir

Pandemiya böhranı dövründə bəzi hava yolları şirkətləri çarəni məşhur yeməklərini satmaqda tapır

1613758
Hava yolu şirkətləri iflasdan qurtulmaq üçün təyyarələri restorana çevirir

 

  Yaponiyanın ən böyük hava yolu şirkəti “Nippon Airways” sabit duran təyyarədə yemək başına 540 dollar qarşılığında lüks xörəklər təqdim etməyə başladı.

  Pandemiya böhranı dövründə bəzi hava yolları şirkətləri çarəni məşhur yeməklərini satmaqda tapır.

  Yaponiyanın ən böyük hava yolu şirkəti də "qanadlı restoran" adını verdiyi sabit təyyarədə yemək başına 540 dollar qarşılığında lüks menyu təqdim edir.

  Stüardessa geyimli ofisiantlar tərəfindən xidmət göstərilən restoranda “birinci” və “ekonomi” sinif yeməklərinin qiymətləri fərqlidir.

  Qonaqlar Yaponiya və başqa beynəlxalq menyudan yemək seçə bilirlər.

  Təyyarə-restorandakı yeməklər populyar olub. Belə ki, Yaponiya hava yolu şirkəti E sinifli yeməkləri onlayn belə satmağa başlayıb, müştərilər qazanıb, cəmi bir neçə ay içində milyardlarla dollar gəlir əldə edib.

  “British Airways” da artıq bu həftədən evə təslim “birinci sinif kabin yeməkləri” təqdim etməyə başlayıb.

  Finlandiyanın hava yolu şirkəti “Finnair” də 2020-ci ilin oktyabrında Helsinki beynəlxalq aerodromu yaxınlığındakı bir supermarketdə birinci sinif yeməklərindən satmışdı.



Әlaqәli Xәbәrlәr