İngiltərə kralının adına buraxılmış sikkə rekord qiymətə satıldı

Tarixdə sevgisinə görə taxt-tacdan imtina edən İngiltərənin 8-ci Kralı Edvardın adına hazırlanmış qızıl sikkə relord qiymətə satılıb.

1611275
İngiltərə kralının adına buraxılmış  sikkə rekord qiymətə satıldı

"Sputnik"in xəbərinə görə hərraca çıxarılan sikkə 1,65 milyon funt sterlinq qiymətinə satılıb. Bu indiyə qədər satılan ən bahalı İngilis sikkəsi olub. Sikkənin kim tərəfindən alındığı hələ ki məlum deyil.

Qeyd edək ki, Kral 1936-ci ildə amerikalı Wallis Simpsona aşiq olduğu üçün taxtından imtina etmişdi.



Әlaqәli Xәbәrlәr