“Facebook” prezidentin hesabını dondurdu
“Facebook”a görə, Maduro “Covid-19”u aradan qaldıran “Carvativir” dərmanının istifadəsini təşviq edərək “Facebook”un siyasətini pozub
İctimai media platforması “Facebook” Venesuela prezidenti Nikolas Maduronun hesabını yeni tip koronavirusla (Covid-19) bağlı təklif etdiyi dərmana görə dondurub.
“Facebook”a görə, Maduro “Covid-19”u aradan qaldıran “Carvativir” dərmanının istifadəsini təşviq edərək “Facebook”un siyasətini pozub.
Sözügedən dərmanla bağlı Maduronun videosunu qaldıran “Facebook” Venesuela prezidentinin hesabını 30 günlüyə dayandırıb.
Qeyd edək ki, Nikolas Maduro “Facebook”un qaldırdığı videoda kəklik otundan hazırlanan “Carvativir” dərmanını "möcüzə" adlandırıb və koronavirusun qarşısının alınması və müalicəsində istifadə edilə biləcəyini məsləhət görüb.
Әlaqәli Xәbәrlәr
Menengiç qəhvəsi də Avropa İttifaqı sertifikatı aldı
Qaziantəp vilayətinin Menengiç qəhvəsi Avropa İttifaqından (Aİ) coğrafi göstərici qeydiyyatı aldı.