“Oyun dəyişdirici” 23,1 dollara satıldı

Rəssamın 2020-ci ilin mayında Sauthemton (Southampton) Universiteti Xəstəxanasına bağışladığı “Oyun dəyişdirici” (Game Changer) adlı rəsimdə mesaj nədir?

1608361
“Oyun dəyişdirici” 23,1 dollara satıldı

 

  İngiltərənin küçə rəssamı Benksinin (Banksy) tibb bacısını super qəhrəman olaraq təsvir etdiyi tablo 23,1 milyon dollara alıcını tapıb.

  Benksinin İngiltərədə yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizə aparan səhiyyə işçilərini şərəfləndirdiyi rəsim Londondakı “Christie's” hərrac evində 23,1 milyon dollara satılıb.

  Rəssamın 2020-ci ilin mayında Sauthemton (Southampton) Universiteti Xəstəxanasına bağışladığı “Oyun dəyişdirici” (Game Changer) adlı rəsimdə səbətində "Batman" və "Hörümçək adam" kişi oyuncaqları olmasına baxmayaraq, uşağın mələk qanadlı və maska taxmış Qırmızı Xaç tibb bacısı kuklası ilə oynaması təsvir edilir.

  Benksinin tablosu üçün ödənilən 23,1 milyon dollar Sauthemton (Southampton) Universiteti Xəstəxanası başda olmaqla səhiyyə qurumları və xeyriyyə təşkilatları arasında paylanacaq.



Әlaqәli Xәbәrlәr