Çində qızıl maska tapıldı

Bütövlükdə 500 qramdan çox ola biləcəyi düşünülən maskanın qalan parçaları da tapılarsa...

1607008
Çində qızıl maska tapıldı

 

  Çinin Sıçuan (Sichuan) bölgəsində aparılan elmi-qazıntı işləri zamanı 3 min il əvvələ aid olduğu bildirilən qızıl maska tapılıb.

  Çin Milli Mədəni Miras İdarəsi maskanın Sıçuandakı Sansinduy (Sanxingdui) qazıntı sahəsində ortaya çıxdığını bildirib.

  Əvvəlki tapıntılarla müqayisədə daha böyük nümunə olduğu deyilən maskanın ölçüləri 23x28 santimetrdir.

  Yalnız bir qismi olan və təxminən 280 qram ağırlığında olan maskanın 84 faizi qızıldan emal edilib.

  Bütövlükdə 500 qramdan çox ola biləcəyi düşünülən maskanın qalan parçaları da tapılarsa, bu, o dövrə aid qızıl məmulatı qalıqları arasında ən ağırı sayılacaq.



Әlaqәli Xәbәrlәr