Tükənmişlik sindromunun ən az olduğu ölkələr

Belçikada aparılan bir araşdırmaya görə...

1606027
Tükənmişlik sindromunun ən az olduğu ölkələr

 

  Türkiyə ana və atalarda “Tükənmişlik sindromunun ən az olduğu ölkələr”dən biridir.

  Belçikada aparılan bir araşdırma fərdiliyin ön planda olduğu Qərb cəmiyyətlərində ana və atalar arasındakı tükənmişlik sindromunun çox yüksək olduğunu ortaya çıxarıb.

  Yeni tip koronavirus epidemiyası üzündən daha da artan problemlərin çoxu anaların üzərinə düşür.

  42 ölkədə araşdırmaya qatılan valideynlər üzərində “romantik tükənmə”, “valideyn rolundan sevinə bilməmə”, “gərginlik”, “yorğunluq” və “uşaqlara qarşı məsafə” problemləri araşdırılıb.

  “Affective Science” elmi jurnalında dərc olunan məqalədə yazılıb ki, ana-atalar arasında tükənmişlik sindromunun ən çox olduğu ölkə Belçikadır. Burada hər 12 valideyndən biri tükənmişlik problemi yaşayır.

  Siyahının ikinci sırasında Amerika Birləşmiş Ştatları gəlir. ABŞ-da ana və ataların 7,9 faizi tükənmişlik sindromu ilə mübarizə aparır. Amerikadan sonra Polşa, Burundi, Fransa, Rusiya, Finləndiya, İsveçrə və Hollandiya valideynləri gəlir.

  Tükənmişlik sindromunun ən az olduğu ölkələr isə sırasıyla Türkiyə, Kuba, Peru və Taylanddır.

  Ana və ataların tükənmişlik duyğusunun az qala sıfır olduğu qeyd edilən yer Türkiyədir. Araşdırmaya görə, Türkiyə kimi ölkələrdə geniş ailə, məhəllə anlayışı, həmrəylik və mədəni fərqliliklər valideynləri tükənmişliyə qarşı daha çox qoruyur.

  Qeyd edək ki, tükənmişlik sindromu yaşayan valideynlər daha çox stressli olduqlarından əsəbi, təcavüzkar davranır, özlərinə, uşaqlarına zərər yetirir, ailəyə laqeyd yanaşır, intihara cəhd kimi problemlər yaşayırlar.



Әlaqәli Xәbәrlәr