"Oğluma dərisi tünd olduğu üçün şahzadə adı verilmədi", M.Markl

Şahzadə Harri və Meqan Mark Amerikanın CBS televiziyasının tanınmış aparıcısı Opra Uinfrinin (Oprah Winfrey) proqramında qonaq olublar

1597075
"Oğluma dərisi tünd olduğu üçün şahzadə adı verilmədi", M.Markl

 

  İngiltərə kraliçası II Yelizavetanın (Elizabeth) nəvəsi, Sassesk (Sussex) hersoqu Harrinin (Harry) həyat yoldaşı Meqan Markl (Meghan Markle) oğluna dərisinin tünd olacağı üçün şahzadə adının verilmədiyini açıqladı.

  Şahzadə Harri və Meqan Mark Amerikanın CBS televiziyasının tanınmış aparıcısı Opra Uinfrinin (Oprah Winfrey) proqramında qonaq olublar.

  Afrika mənşəli ana və ağ atanın qızı olan Meqan Mark şəxsi həyatı ilə bağlı bəzi məsələri anladıb: “Mən oğluma hamiləykən körpəmin şahzadə olmasını istəmədilər, ona təhlükəsizlik tanınmayacağını söylədilər. Oğlum dünyaya gələndə dəri rənginin nə qədər tünd olacağı danışıldı və bundan narahat oldular. Mən isə susurdum”.

  Toydan əvvəl Kembric (Cambridge) hersoqinyası Keyti (Kate) ağlatdığına dair qəzetlərdə çıxan xəbərlərin yalan olduğunu söyləyən Meqan deyib: "Əslində bunun tam tərsi oldu. Toydan bir neçə gün əvvəl Keyt bir şeyə kədərlənmişdi və məni ağlatdı.

  Kral ailəsində çox bədbəxt idim, intihar etməyi düşünürdüm, artıq yaşamaq istəmirdim.”

  Proqramın digər qonağı şahzadə Harri isə kral ailəsindəki vəzifəsindən ayrılmasında ailə içindəki anlaşılmazlıq olduğunu bildirib, anası şahzadə Diananın ölümünü (1997) xatırladaraq tarixin təkrarlanacağından qorxduğunu dilə gətirib: “Nənəm kraliça Yelizaveta ilə bu günə qədər telefonda 3, atamla isə cəmi 2 dəfə danışmışıq. Atam şahzadə Çarlz (Charles) telefonumu açmır.   

  Artıq ikinci uşağımız dünyaya gələcək. Birincisi oğlan idi, indi isə bir qızımız olacaq."



Әlaqәli Xәbәrlәr