Hindlilər "Covid-19"u saymadan birlikdə yuyundular

Qeyd edək ki, 2001-ci ildə 60 milyon adamın eyni gündə Qanqa çayına girmək üçün Allahabad şəhərində bir araya gəlməsi dünya rekordu qırmışdı

1592190
Hindlilər "Covid-19"u saymadan birlikdə yuyundular

 

  Hindistanda milyonlarla adam, yeni tip korona virusu (Covid-19) epidemiyasına baxmayaraq, "Dünyanın ən böyük dini mərasimi" hesab edilən "Magh Mela" üçün bir araya gəlib.

  Qanqanın Yamuna və Sarasvati çaylarıyla birləşdiyi yerdə ölkənin müxtəlif bölgələrindən gələn milyonlarla adam "günahlarından təmizlənmək" üçün suya girib-çıxıb.

  Hindlilər "İbrik mərasimi" olaraq da tanınan bu günlər zamanı Qanqa çayında yuyunmanın günahlardan təmizlənməyə və ölümlə yenidən doğuş dövründən xilas olmalarına yardım olacağına inanırlar.

  Hinduizmdə bu dövrə ayrıca Kalpvas da deyilir. Mərasimə qatılanlar onlar üçün qurulan rəngli çadırlarda düşərgə salır, rituallarını icra edirlər.

  Mərasimə təxminən 120 milyon adamın gəlməsi gözlənilir.

  Qeyd edək ki, 2001-ci ildə 60 milyon adamın eyni gündə Qanqa çayına girmək üçün Allahabad şəhərində bir araya gəlməsi dünya rekordu qırmışdı.



Әlaqәli Xәbәrlәr