Avdalaz qalası - ilk yaşayış binası

Afyonkarahisar, Əskişəhər və Kütahya yaxınlığında yer alan Frig vadisinin Afyonkarahisarın İhsaniye qəsəbəsinə bağlı Ayazini kəndi qisimində qalan Avdalaz qalası xüsusilə turistlərin böyük marağına səbəb olur

1587739
Avdalaz qalası - ilk yaşayış binası

 

  3 min illik keçmişə malik Frig vadisində vulkanik küldən yaranan, maqma mənşəli dağ süxuru tuf qayanın oyularaq düzəldildiyi 5 mərtəbəli Avdalaz qalası arxitektura quruluşu ilə diqqət çəkir.

  Afyonkarahisar, Əskişəhər və Kütahya yaxınlığında yer alan Frig vadisinin Afyonkarahisarın İhsaniye qəsəbəsinə bağlı Ayazini kəndi qisimində qalan Avdalaz qalası xüsusilə turistlərin böyük marağına səbəb olur.

  Tuf qayaya oyularaq çox mərtəbəli və çox otaqlı sərincli (sistern) bir qaya kütləsi şəklində olan qala yaşayış binası olaraq istifadə edilib.

  Təxminən 30 metr yüksəklikdə yerləşən qalaya nərdivan ilə içəridən çıxılır.

  Çox mərtəbəli quruluşu ilə sanki tarixin ilk binalarından biri təəssüratını yaradan Avdalaz qalası Friglər dövrünə aiddir.

  Qeyd edək ki, frigiyalılar Kiçik Asiyada, Anadoluda yaşayan qədim xalqdır və Frigiya ərazisində məskinlaşmışlar.



Әlaqәli Xәbәrlәr