İsveçrәli alimlәr: ‘‘Kofein yuxu keyfiyyәtinә mәnfi tәsir göstәrmir’’
Kofein istehlakı yuxu keyfiyyәtinә mәnfi tәsir görtәrmir, ancaq sinir sistemindә dәyişikliyә sәbәb olur.

Kofein istehlakı yuxu keyfiyyәtinә mәnfi tәsir görtәrmir, ancaq sinir sistemindә dәyişikliyә sәbәb olur.
İsveçrәnin Basel Universitetinin mövzu ilә bağlı apardığı araşdırmada 20 nәfәr iştirak edib. Araşdırma iştirakçıları mütәmadi olaraq qәhvә istehlak ediblәr. 10 gündәn sonra qәhvә istehlakı dayandırılıb.
Bu müddət ərzində mərkəzi sinir sistemindəki dəyişiklik araşdırılıb vә iştirakçıların yuxu keyfiyyətinә baxılıb.
Araşdırmanın nәticәlәrinә әsasәn, müntәzәm kofein istehlakı yuxu keyfiyyәtinә mәnfi tәsir göstәrmir. Ancaq mərkəzi sinir sistemi üçün eyni şeyi söyləmək mümkün deyil. Çünki kofein istehlakı zamanı beynin yaddaşla əlaqəli hissəsində nəzərə çarpan bir dəyişiklik baş verir. Belәliklә beynin bu hissәsindә yaddaşla әlaqәli boz maddәnin miqdarı azalır. Bu isә beynin funksiyasına mәnfi tәsir göstәrir.
Әlaqәli Xәbәrlәr

Siqaret tüstüsü uşaqlarda sağlamlıq riskini artırır
Siqaret tüstüsünə məruz qalan uşaqlarda yüksək qan təzyiqi riski artır