ABŞ Quru Qoşunları Komandanlığının jurnalında Atatürkü tərifləyən məqalə dərc olunub

ABŞ Quru Qoşunları tərəfindən dərc olunan "Military Review" jurnalında Mustafa Kamal Atatürkün hərbi rəhbərliyi təriflənib.

1574486

Jurnalın son nömrəsində mayor Erik Vendittinin yazdığı məqalədə Atatürkün (1915) Çanaqqala müharibəsindəki liderliyinə diqqət çəkilib.

Atatürkün müharibənin kritik nöqtələrində düzgün qərarlar verdiyi qeyd edilib.

Məqalədə Mustafa Kamalın "Sizə hücum etməyi deyil, ölməyi əmr edirəm" sözlərini əsas gətirərək əsgərlərinə hərəkətə keçmək üçün açıq bir istiqamət verdiyi və motivasiya etdiyi ifadə edilib.

Məqalədə Çanaqqala müharibəsindəki hərbi taktikalar ətraflı şəkildə izah edilib; Mustafa Kamalın hərbi liderliyinin bir əsrdən artıq bir müddətdən sonra da rəhbər olduğu vurğulanıb. 

Әlaqәli Xәbәrlәr