Acı bibər yemək ölüm riskini azaldır
Müntəzəm olaraq acı bibər yemək xərçəng və ürək-damar xəstəlikləri daxil olmaqla bəzi xəstəliklərdən mənbələnən ölüm riskini azaldır.

ABŞ-ın Ohayo ştatındakı Cleveland Klinikasının alimləri Çin və İtaliyada daha əvvəl aparılmış tədqiqatları nəzərdən keçirərək 570 min insanın sağlamlıq və qidalanma məlumatlarını araşdırıblar. Tədqiqat nəticəsində xərçəng və ürək-damar xəstəlikləri daxil olmaqla müxtəlif xəstəliklərdən mənbələnən vaxtından əvvəl ölüm riskinin müntəzəm olaraq acı bibər yeyənlərdə dörddə bir nisbətində az olduğu aşkar edilib. Tədqiqatçılara görə bibərə acı dad verən və antioksidant olan “kapsaisinin” maddəsi iltihab və şişlərə qarşı mübarizə aparmağa kömək eoir və qanda şəkər səviyyəsini nəzarətdə saxlayaraq həm diabetdən, həm də piylənmədən qoruyur.
Әlaqәli Xәbәrlәr

Siqaret tüstüsü uşaqlarda sağlamlıq riskini artırır
Siqaret tüstüsünə məruz qalan uşaqlarda yüksək qan təzyiqi riski artır