2020-ci il 2016-cı il ilə birlikdə tarixin ən isti ili olaraq qeydə alınıb
Avropa İttifaqı İqlim Monitorinqi Xidmətinin məlumatına görə, 2020-ci il son 150 ilin ən isti iki ilindən biri olub.

2020-ci il 2016-cı il ilə birlikdə tarixin ən isti ili olaraq qeydə alınıb.
Avropa İttifaqı İqlim Monitorinqi Xidmətinin məlumatına görə, 2020-ci il son 150 ilin ən isti iki ilindən biri olub.
1850-ci ildən bəri qeydə alınan nəticələr 2020-ci ilin ən isti iki ildən biri olduğunu ortaya çıxarıb.
İl ərzində yaşanan isti hava dalğaları, qasırğalar, meşə yanğınları və bənzər təbii hadisələr də bu istikildən qaynaqlanıb.
Məlumatları təqdim edən Avropa İttifaqı İqlim Monitorinqi Xidməti bu istiləşmənin böyük fəlakətlərə səbəb ola biləcəyini vurğulayıb.
2020-ci ildə dünya 2019-cu il ilə müqayisədə Selsi şkalası ilə yarım dərəcə daha çox isinib.
Səlahiyyətlilər bu nisbətin 2030-cu ilə qədər selsi şkalası ilə 1,5 dərəcəyə çata biləcəyini bildirblər.
Әlaqәli Xәbәrlәr

Tajima: “Türkiyəyə valeh oldum”
4 qitədə 13 ölkəni gəzən Yapon fotoqraf Hirohisa Tajima Türkiyəyə məftun oldu