Cənubi Sudanda aclıq böhranı

Təxminən 10 milyon əhalisi olan Cənubi Sudanda, əhalinin yarısından çoxu aclıq riski altındadır.

1556924
Cənubi Sudanda aclıq böhranı

Beynəlxalq Xilasetmə Komitəsinin (IRC) Cənubi Sudan üzrə direktoru Caroline Sekyewa yeni növ koronavirus (Kovid-19) epidemiyasının dünyanı yeni böhrana saldığına işarə edərək: “Cənubi Sudanlılar qida problemi ilə mübarizə aparırdılar. Münaqişələr, iqtisadi böhran, epidemiyalar və təbii fəlakətlər vəziyyəti daha da pisləşdirdi. Ölkədə 7 milyon insan aclıqla pəncələşir. Ölkə əhalisinin yarısından çoxunun köməyə ehtiyacı var. Bu il vəziyyət daha da pisləşəcək. Ölkə daxilində 1,7 milyon insan həddindən artıq aclıqla mübarizə aparır”.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Cənubi Sudanda qarşıdurmaların yaşandığı bəzi bölgələrin humanitar yardıma açılmasına zərurət olduğunu, əks halda aclıq səbəbindən böyük fəlakət yaşana biləcəyini vurğulamışdı.

Vətəndaş müharibəsinin bitməsinə baxmayaraq, bəzi bölgələrdə etnik qruplar arasında qarşıdurmaların davam etdiyi ölkədə iqtisadi böhran, epidemiyalar və daşqınların mənfi təsirləri həyatı daha da çətinləşdirir.



Әlaqәli Xәbәrlәr