Kanadalı hakim müsəlman qadından 5 ildən sonra üzr istədi

Kanadanın Quebek əyalətində müsəlman bir qadının hicabına görə işinə baxmayan hakim beş il sonra müttəhimdən üzr istəyib.

1488183
Kanadalı hakim müsəlman qadından 5 ildən sonra üzr istədi

Kanadanın Quebek əyalətində müsəlman bir qadının hicabına görə işinə baxmayan hakim beş il sonra müttəhimdən üzr istəyib.
Quebek əyalətindəki hakimlərin ən yüksək intizam orqanı olan Quebek Məhkəmə Şurasının üzvləri daha əvvəl qəbul etdikləri qərara görə. hakim Eliana Marengo və işinə baxmadığı Rania El-Alloul ilə onlayn iclas keçirib.
Şura üzvlərinin qarşısında üzr istədiyi mətni oxuyan hakim Marengo El-Allouldan hicabını çıxarmasını istəməklə səhv etdiyini və səbəb olduğu narahatlığa görə peşman olduğunu söyləyib.
Marengo o vaxt El-Alloulun hicabını məhkəmə salonunda geyilən bir papaq və ya günəş eynəyi ilə müqayisə etdiyini ifadə edərək üzr istəyib.
Rania El-Alloul da Marengonun üzrünü qəbul etdiyini açıqlayıb.
Qeyd edək ki, Kanadanın Monreal şəhərində, 2015-ci ilin aprel ayında hakim Marengo yol hərəkəti cinayətinə görə iclasa gələn şübhəli müsəlman qadının hicablı olduğu səbəbiylə işinə baxmamışdı.
Hadisənin Kanada və dünya ictimaiyyətində əks olunmasından sonra El-Alloula, xüsusən Kanada Baş naziri Justin Trudeau başda olmaqla cəmiyyətdən dəstək gəldi.
Quebek Əyalət Məhkəməsi Şurası baş verənlərlə əlaqədar onlarla şikayəti qiymətləndirdiyi son iclasında hakimin El-Allouldan bir məktubla yazılı şəkildə üzr istəməsinə qərar verib.



Әlaqәli Xәbәrlәr