Knidos antik şәhәrini iki ay yarımda 40 min turist ziyarәt edib

Türkiyәnin Muğla şәhәrinin Datça qәsәbәsindәki Knidos antik şәhәrini iki ay yarımda 40 min turist ziyarәt edib.

1485817
Knidos antik şәhәrini iki ay yarımda 40 min turist ziyarәt edib

 

Türkiyәnin Muğla şәhәrinin Datça qәsәbәsindәki Knidos antik şәhәrini iki ay yarımda 40 min turist ziyarәt edib.

Hә il minlәrlә yerli vә xarici turistin axın etdiyi 2 min 600 illik antik şәhәr sütunlu küçәsi, aqorası, antik teatrları vә iki limanı ilә turistlәrin diqqәtlәrini cәlb edir.

Yeni növ koronavirus epidemiyası sәbәbindәn iyunun 15-dә ziyarәtә açılan Knidos antik şәhәrini  bu günәdәk 40 min turist ziyarәt edib.

Selçuk Universitetinin  Ədəbiyyat fakültəsinin Arxeologiya kafedrasının müәllimi professor Ertekin Doksanaltı  Knidosun antik dövrdə strateji әhәmiyyәtә malik bölgәlәrdәn biri olduğunu ifadә edib.

‘‘Antik şәhәrә Egey bölgәsinin  qapısı deyә bilәrik. Antik şәhәr Egey ilә Aralıq dәnizlәrinin kәsişdiyi bölgәdә yerlәşir. Bu xüsusiyyәtinә görә şәhәrdә iki liman var’’,-deyә Ertekin Doksanaltı bildirib.

Knidosun elmi, sәnәt vә mәdәni cәhәtdәn inkişaf etdiyini  bildirәn Doksanaltı deyib: ‘‘Antik dövrün 7 möcüzəsindən biri hesab edilәn İskəndəriyyədəki mayakın memarı knidoslu Sostratusdur. Kos adasının qonşusu olan Knidos  Hippokrat Tibb Məktəbinə rəqib vә  hətta ondan da  qәdim  tibb mәktәbinә  sahibdir. Knidos həkimləri qədim zamanlarda Aralıq dənizi hövzəsindəki  bir çox bölgәdә xidmət edirdilər’’.

 



Әlaqәli Xәbәrlәr