Mövlud Çavuşoğlu "könül salamı" videoçarxı təqdim etdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu "könül salamı"nın üz-üzə keçirilən diplomatik görüşlərdə istifadə olunması ilə əlaqədar videoçarx təqdim edib.

1477976
Mövlud Çavuşoğlu "könül salamı" videoçarxı təqdim etdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Prezident Rəcəb Tayyib Ərdoğanın koronavirusa görə əl vermək əvəzinə əlini sinəsinə apararaq verdiyi "könül salamı"nın üz-üzə keçirilən diplomatik görüşlərdə istifadə olunması ilə əlaqədar videoçarx təqdim edib.
Mövlud Çavuşoğlu Xarici İşlər Nazirliyinin Məbuat Müşavirlinin sosila media heyəti tərəfindən hazırlanan, son dövrdəki diplomatiya danışıqlarını şər edən videoçarxı "Könül salamı ile bütün dünya ilə könüldən könülə yol tapdıq" ifadələrilə "Twitter" də paylaşıb. 
Xatırladaq ki, Brüsseldə NATO baş katibi Ərdoğana əlini uzatsa da, Prezidenti onu geri çevirib. Ərdoğan əlini sinəsinə götürərək "korona" ifadəsini işlədib.
Nazir Çavuşoğlunun paylaşdığı videoda Prezident Ərdoğanın salamlama metodunun Brüsseldə göründükdən sonra bütün dünyada tətbiq olunmağa başladığı vurğulanıb.
Ərdoğanın 18 martda dilə gətirdiyi "Epidemiya təhlükəsi tamamilə aradan qaldırılmayana qədər sevgimizi ürəklərimizlə göstərməklə və dilimizi ifadə etməklə kifayətlənəcəyik. Onun üçün ürəkdən salamlar" sözləri olan videoda son diplomatik görüşlərdə ürəklərini salamlayan xarici ölkə başçılarının, baş nazirlərinin və xarici işlər nazirlərinin şəkilləri və fotoşəkilləri də yer alıb. 



Әlaqәli Xәbәrlәr