Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi

Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi hazırlanıb

1470339
Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi

 

  Həşəratlar ekosistem və bütövlükdə ətraf mühit üçün çox vacibdir. Son bir neçə ildə Almaniyada onların sayının azalması müşahidə edilir. Bu barədə AFR Ətraf Mühit Nazirliyi tərəfindən hazırlanmış və Bundestaqda səsverməyə təqdim edilmiş həşəratların qorunması haqqında qanun layihəsində deyilir.

  Almaniyada həşəratların populyasiyasını qorumaq üçün hökumət orqanları gecə saatlarında şəhər və kəndlərdə işıqlandırmaya nəzarət etmək qərarına gəliblər. Qanun layihəsinin müəllifləri ekologiya sahəsində mütəxəssislərin məsləhətlərinə istinad edirlər. Həmin mütəxəssislərin fikrincə, gecə işıqlandırması həşəratlar və quşların bioritmi və populyasiyasına mənfi təsir göstərir. Buna görə də hökumət ətraf mühitə mənfi təsir etməyən xüsusi gecə işıqlandırma sisteminin yaradılması barədə düşünür.



Әlaqәli Xәbәrlәr