Ölüdənizin möhtəşəm mənzərəsini Türk qəhvəsi və lokumu ilə seyr etmək

Fəthiyənin "dünyaya açılan pəncərə"si olan Babadağdakı meydanlardan yamac paraşütləriylə havaya qalxanlar Ölüdənizin mənzərəsini quş baxışı ilə izləmək fürsəti tapırlar

1453612
Ölüdənizin möhtəşəm mənzərəsini Türk qəhvəsi və lokumu ilə seyr etmək

 

   Türkiyənin Muğla rayonunun Fəthiyə qəsəbəsində yamac paraşütçüsü Həsən Qaval (Hasan Kaval) xüsusi olaraq hazırlanan qurğulu paraşütünə bağladığı masada yüzlərlə metr yüksəklikdə Ölüdəniz mənzərəsini seyr edərək Türk qəhvəsi içdi, rahatlokum yedi.

  Ölüdəniz məhəlləsindəki 1965 metrlik Babadağ Hava İdmanları və Rekresiya Mərkəzi adrenalin yaşamaq və möhtəşəm mənzərənin dadını çıxarmaq istəyən minlərlə yerli və xarici turisti qarşılayır.

  Korona virusu tədbirlərinin ön planda tutulduğu mərkəzdə qonaqların sağlamlığı və təhlükəsizliyi üçün hər şey düşünülüb.

  Fəthiyənin "dünyaya açılan pəncərə"si olan Babadağdakı meydanlardan yamac paraşütləriylə havaya qalxanlar Ölüdənizin mənzərəsini quş baxışı ilə izləmək fürsəti tapırlar.

  Dünyanın ən yaxşı yamac paraşütü mərkəzləri sırasında yer alan Babadağdakı yamac paraşütü pilotlarından olan Həsən Qaval da maraqlı uçuşları ilə Muğlanı təqdim etməyə və turizmə töhfə verməyə çalışır.

  Bundan əvvəl səmada “tovla” və “okey” oynayan, pijama və tərlikdə kreslodan televizor izləyən Qaval bu dəfə Ölüdəniz mənzərəsində yamac paraşütünə bağladığı masada qaynatdığı su ilə hazırladığı Türk qəhvəsini içib lokum yedi.

  Səmada yaşanan qəhvə kefi 30 dəqiqəlik uçuşdan sonra problemsiz Belce Kızı çimərliyinə enmə ilə sona çatır.  



Әlaqәli Xәbәrlәr