“Covid-19” və dünya turizm sektoru

Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb

1441082
“Covid-19” və dünya turizm sektoru

 

  Dünyada turizm sektorunun gəlirləri “Covid-19” pandemiyası səbəbindən cari ilin ilk dörd ayında 195 milyard dollar azalıb. Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb. Təşkilatın press-relizinə əsasən, yanvar-aprel aylarında xarici ölkələrə səyahət edən turistlərin sayı 97 faiz azalıb. Yəni 2020-ci ilin ilk dörd ayında bu göstərici 44 faiz aşağı düşüb ki, bu da beynəlxalq turizm sektorundan gələn gəlirlərin təxminən 195 milyard dollar azalmasına səbəb olub.

  BMT Ümumdünya Turizm Təşkilatının proqnozuna görə, bu il digər ölkələrə səyahət edən turistlərin sayı 850 milyondan 1,1 milyarda qədər, turizm sahəsinin gəlirləri isə 910 milyard dollardan 1,2 trilyon dollara qədər azala bilər.

  Qeyd edək ki, 2019-cu ildə xarici ölkələrə səfər edən turistlərin sayı 1,5 milyard nəfər təşkil etmişdi. Bu, 2018-ci ildəki göstəricidən 4 faiz çox idi.



Әlaqәli Xәbәrlәr