Çin yenə 10 günlük İt Əti Festivalı etdi

Yeni tip korona virusunun (Covid-19) ilk ortaya çıxdığı Çində 10 gün davam edən İt Əti Festivalı bütün əks reaksiyalara baxmayaraq başladı

1440821
Çin yenə 10 günlük İt Əti Festivalı etdi

 

  Yeni tip korona virusunun (Covid-19) ilk ortaya çıxdığı Çində 10 gün davam edən İt Əti Festivalı bütün əks reaksiyalara baxmayaraq başladı.

  “Sky News”un xəbərinə görə, Çində “Covid-19” epidemiyası ilə əlaqədar itlərin ferma heyvanı statusundan çıxarılacağına rəğmən Quansi (Guangxi) əyalətinə bağlı Yulin şəhərində 21 iyundan başlayan mübahisəli Liçi və İt Əti Festivalında minlərlə it kəsilərək dəzgahlara düzülüb.

  Heyvan haqqları müdafiəçisi Beynəlxalq Mədəni Cəmiyyətin (HSI) Çin üzrə mütəxəssisi Peter Li it ətinin yeni xəstəliklərə yol aça və sağlıq riskləri meydana gətirə biləcəyilə bağlı xəbərdarlıq edərək deyib: “Son illər artan viruslar müxtəlif növ heyvanlar vasitəsilə yayılıb. İt ətinin yeyilməsi növbəti epidemiya üçün potensial mənbədir… Çinin dörd bir tərəfindən Yulin şəhərindəki ət bazarına it və pişik satmaq üçün gedirlər. Artıq Çin it əti ticarətini qadağan edən qanun çıxarmalıdır.”

  Qeyd edək ki, Çində it əti 12,3 milyon dollarlıq ticarət həcminə çatıb.

  Çin Əkinçilik Nazirliyi “Covid-19” epidemiyasına qarşı görülən tədbirlərə bağlı itlərin ferma deyil, ev heyvanı statusunda qəbul ediləcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr