Antik bir üzük qaşı tapıldı

Patara Antik Şəhəri Qazıntı İşləri Qrupunun rəhbəri professor Havva İşkan İşık ictimai media hesabından qazıntılarda son olaraq gün yüzünə çıxarılan tapıntını paylaşaraq yazıb...

1431581
Antik bir üzük qaşı tapıldı

 

  Türkiyənin Antaliya rayonunun Kaş qəsəbəsindəki Patara antik şəhərində davam edən qazıntı işlərində qədim bir üzük qaşı tapılıb.

  Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ili Patara İli elan etməsindən sonra şəhərdə qazıntı işləri daha da fəallaşıb.

  Patara Antik Şəhəri Qazıntı İşləri Qrupunun rəhbəri professor Havva İşkan İşık ictimai media hesabından qazıntılarda son olaraq gün yüzünə çıxarılan tapıntını paylaşaraq yazıb: “Patara bizə bir-birindən qiymətli cövhərlər verməyə davam edir. Yaxınlarda 1,3 santimetr böyüklüyündə bir üzük qaşını teatr sahəsində qazıntı zamanı torpaqdan tapdıq."



Әlaqәli Xәbәrlәr