Almaniya vətəndaşlığı alanlar arasında hansı millət üstünlük təşkil edir?

2019-cu ildə dünyanın 138 ölkəsindən olan 128.900 əcnəbi Almaniyada “naturallaşma”dan keçərək bu ölkənin vətəndaşlığını əldə edib. Bu, ondan əvvəlki illə müqayisədə 15 faiz çoxdur...

1430897
Almaniya vətəndaşlığı alanlar arasında hansı millət üstünlük təşkil edir?

 

  2019-cu ildə dünyanın 138 ölkəsindən olan 128.900 əcnəbi Almaniyada “naturallaşma”dan keçərək bu ölkənin vətəndaşlığını əldə edib. Bu, ondan əvvəlki illə müqayisədə 15 faiz çoxdur. Beləliklə, 2004-cü ilin rekordu yenilənib. O vaxt 2019-cu il ilə müqayisədə daha az sayda vətəndaşlıq təqdim edilmişdi.

  Maraqlıdır ki, Almaniya vətəndaşlığını almaq qərarına gələn əcnəbilər arasında britaniyalıların payı kəskin şəkildə artıb. Keçən il onların sayı 14,6 min nəfər olub. Müqayisə üçün xatırladaq ki, “Brexit” üzrə referendum ilində (2015-c il) onların sayı cəmi 600 nəfər təşkil edirdi.

  Türkiyəlilər həmişəki kimi birinci sıradadırlar. 2019-cu ildə 16.200 nəfər türkiyəli “yeni alman”a çevrilib.

 

Mənbə: Azertag.az



Әlaqәli Xәbәrlәr