Nigeriyada diaqnozu qoyula bilməyən xəstəlik

Qərbi Afrika ölkələrindən Nigeriyada son iki ayda baş verən ölümlər ölkədə narahatlığa səbəb oldu.

1417911
Nigeriyada diaqnozu qoyula bilməyən xəstəlik

Qərbi Afrika ölkələrindən Nigeriyada son iki ayda baş verən ölümlər ölkədə narahatlığa səbəb oldu.
Şimaldakı Yobe, Kano, Bauchi və Jigawa kimi əyalətlərdə baş verən qeyri-adi və əsasən yaşı 50-dən yuxarı olan insanların "diaqnozu qoyula bilməyən xəstəlik" səbəbindən həyatını itirməsi ölüm hallarının yeni növ koronavirus olub olmadığına dair mübahisələr gedir.
Kano əyalətində apreldə 3 gündə aralarında akademiklər, siyasətçilər, iş adamları və həkimlər də daxil olmaqla 150 nəfər xəstəlik səbəbiylə dünyasını dəyişib.
Qonşu Jigava əyalətində 10 gün ərzində müəyyən edilə bilməyən xəstəlik səbəbindən 100-dən çox insan ölüb.
Bu ayın əvvəlinə olan məlumata görə, Bauchi əyalətində 150, Yobe əyalətində son 3 həftədə qeyri-müəyyən xəstəliyə görə həyatını itirib.
Səlahiyyətlilər ölüm hallarının "Covid-19" virusunun səbəb olmadığını və Lassa qızdırması, xolera, menengit və malyariya kimi xəstəliklər səbəb ola biləcəyini bildirsələr də, lakin bir çoxları faktların gizlədildiyini düşünür.
Maraqlıdır ki, həyatını itirənlərin hamısı ölkənin şimalındakı əyalətlərdəndir və xəstəlik dövründə heç bir test və ya meytlərdə yarılma edilmədiyindən ölüm səbəbləri qeyri-müəyyən olaraq qalıb. 



Әlaqәli Xәbәrlәr