Türkiyənin Milli Kəşfiyyat İdarəsi Keniyada oğurlanan italyan qadını xilas etdi

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Keniyada oğurlanıb Somaliyə aparılan bir İtaliya vətəndaşını koordinasiyalı fəaliyyətlər nəticəsində xilas etdi.

1414737

Keniyanın Çakama bölgəsində 2018-ci ilin noyabr ayında oğurlanaraq Somaliyə aparılan 25 yaşlı İtaliya vətəndaşı Silvia Konstanzo Romano üçün İtaliyan rəsmiləri MİT-ə müraciət etdi.
Bunun qarşısında MİT 2019-cu ilin dekabr ayında Romanonun vəziyyəti ilə bağlı araşdırma başlatdı.
Bölgədəki yerli kəşfiyyat şəbəkəsini işə daxil edən MİT əvvəlcə Romanonun sağ olduğunu aşkar etdi.
Göstərilən fəaliyyətlər nəticəsində xilas edilən Romano MİT tərəfindən bir gün əvvəl Somalinin paytaxtı Moqadişoda İtalyan səlahiyyətlilərinə təhvil verildi.
İtaliya mediası xəbər verir ki, Romano Afrikadakı Milelel Onlus adlı yardım təşkilatında könüllü olaraq çalışırdı və bir müddətdir bu məqsədlə Keniyada olub.
Romanonun azadlığına qovuşması ölkəsi İtaliyada da geniş əks-səda doğurdu və edilən açıqlamalarda Türkiyənin bölgədəki təsirinə diqqət çəkildi.
Digər tərəfdən, İtaliyan mətbuatındakı xəbərlərdə bildirilib ki, Romano verdiyi ifadədə onun İslam dinini qəbul etməsi öz başına, heç bir təzyiq olmadan baş verib.

Әlaqәli Xәbәrlәr