Analar günü – anaların şərəfinə keçirilən beynəlxalq bayramdır

Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir

1414054
Analar günü – anaların şərəfinə keçirilən beynəlxalq bayramdır

 

  Analar günü – anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün beynəlxalq qadınlar günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar günü" may ayının ikinci bazar günü qeyd edilir.

  İngiltərədə XVII əsrdən XIX əsrədək "Anaların bazar günü" adlı bayram qeyd olunurdu. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram “Böyük pəhriz” adlanan dini bayramın dördüncü bazar günündə keçirilirdi.

  ABŞ-da "Analar günü" ilk dəfə 1872-ci ildə məşhur Amerika pasifisti Culiya Uord Houv tərəfindən dəstəkləndi. C.Uordun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günüdür. Lakin onun bu konsepsiyası nə Amerika, nə də digər ölkələrdə öz təsdiqini tapmadı.

  1907-ci ildə ABŞ-ın Filadelfiya ştatından olan Anna Carvis anaların təbrik olunması təşəbbüsü ilə çıxış etdi. O, ilin bir gününün analara həsr olunması, yəni bu münasibətlə "Analar günü"nün qeyd olunması təklifi ilə dövlət idarələrinə, qanunvericilik orqanlarına və görkəmli şəxslərə məktub yazdı. 1910-cu ildə ilk olaraq Virciniya ştatı "Analar günü"nü rəsmi bayram kimi tanıdı. 1914-cü ildə ABŞ prezidenti Vudro Uilson may ayının ikinci bazar gününü bütün amerikalı anaların şərəfinə milli bayram elan etdi.

  Amerikadan sonra ardınca 23 ölkə may ayının ikinci bazar gününü bayram elan etdi. Daha 30 ölkə isə bu bayramı başqa günlərdə qeyd edir.

  Rusiya Federasiyası prezidentinin "Analar günü haqqında" 30 yanvar 1998-ci il 120 saylı fərmanına müvafiq olaraq noyabr ayının sonuncu bazar günü ölkədə "Analar günü" kimi qeyd olunur. Bu bayramın təsis olunması təşəbbüsü RF Dövlət Dumasının Ailə, qadın və uşaq məsələləri Komitəsi tərəfindən irəli sürülüb. Həmin vaxtdan etibarən hər il ənənəvi olaraq noyabr ayının sonuncu həftəsi dünyanın müxtəlif yerlərində yaşayan insanlar anaları təbrik edir, onlara gül-çiçək dəstələri hədiyyə etməklə, öz sevgi və hörmətlərini ifadə edirlər.

  Analar günü həm də qadın və anaların üzləşdiyi qlobal və milli məsələlərə bir daha dünya ictimaiyyətinin diqqətini cəlb etmək, onları narahat edən problemlərin həlli yollarını araşdırmaq məqsədi daşıyır. Bu bayram hər bir qadın üçündür.



Әlaqәli Xәbәrlәr