Elon Mask oğluna tələffüzə gəlməyən ad verdi

Dünyanın məşhur texnologiya şirkəti “Tesla”nın qurucusu Elon Maskın (Elon Musk) oğluna verdiyi qeyri-adi adın ABŞ-ın Kaliforniya ştatında qanuna zidd sayıla biləcəyi deyilir

1413832
Elon Mask oğluna tələffüzə gəlməyən ad verdi

 

  Dünyanın məşhur texnologiya şirkəti “Tesla”nın qurucusu Elon Maskın (Elon Musk) oğluna verdiyi qeyri-adi adın ABŞ-ın Kaliforniya ştatında qanuna zidd sayıla biləcəyi deyilir.

  Amerika qəzetləri və sosial medianın gündəminə düşən Elon Mask və kanadalı müğənni Qraymsın (Grimes) övladlarına verdikləri “X Æ A-12 Musk” adı tələffüzə gəlmədiyi “qanuna zidd” qəbul edilə bilər.

  Sözügedən xəbərlərdə yazılır ki, texnologiya milyarderi ABŞ qanunları və Kaliforniya qaydalarına riayət etməli, onun qeyri-adi ad üçün ingilis əlifbasında olmayan “Æ” simvolundan istifadə etməsinə icazə verilməməlidir.

  Bəzi sosial media istifadəçiləri isə hesab edir ki, Mask körpənin adında bir şifrə gizlətməklə gündəm yaratmağa çalışır.

  Qeyd edək ki, əvvəlki iki evliliyindən beş oğlu olan 48 yaşlı Elon Musk izləyicilərinə “twitter” hesabından növbəti övladının doğulduğunu bildirib və ona "X Æ A-12" adını verdiyini yazıb.



Әlaqәli Xәbәrlәr