Dünyanın ən yaşıl şəhəri

Renkinq Kanada-Amerika konsaltinq şirkəti “Resonance“ tərəfindən hazırlanıb.

1412668
Dünyanın ən yaşıl şəhəri
Vyana_03.jpg
Vyana_04.jpg

 

  Avstriyanın paytaxtı Vyana şəhəri 2020-ci il üzrə “Dünyanın ən yaşıl on şəhəri” renkinqində birinci yerə layiq görülüb.

  Azərtac informasiya agentliyi xəbər verir ki, renkinq Kanada-Amerika konsaltinq şirkəti “Resonance“ tərəfindən hazırlanıb.

  Renkinqdə dünyanın 100-dən artıq şəhərində park və ictimai yaşıllıqların şəhərin ümumi sahəsində pay nisbəti, bərpa olunan enerji mənbələrindən istifadə, havanın təmizliyi, piyadalar üçün yollar, ictimai nəqliyyat və eləcə də regional məhsulların təqdim olunduğu bazarlarla bağlı vəziyyət araşdırılıb.

  “Dünya günü”nün 50 illik yubileyi münasibətilə tərtib olunan siyahının ilk onluğunda

1) Vyana,

2) Münhen,

3) Berlin,

4) Madrid,

5) San Paulu,

6) Mançester,

7) Lissabon,

8) Sinqapur,

9) Amsterdam və

10) Vaşinqton şəhərləri var.

  Vyana şəhərinin qalib gəlməsində əsas faktorlar arasında bu şəhərdə tətbiq olunan müasir mobillik ideyaları və ictimai parkların çoxluğu ön planda dayanıb. Vyananın üstünlükləri arasında Dunay Subasarı Milli Parkının bir hissəsinin şəhər ərazisinə də düşməsi olub. Şəhərin Vyana meşələrinin əhatəsində olması da hər metropolda rast gəlinməyən hal kimi dəyərləndirilib.

  Vyana Şəhər Meriyasının məlumatına görə, şəhər ərazisinin 53 faizi “yaşıl zona“dan (ictimai və özəl parklar, meşə və çəmənliklər) ibarətdir.



Әlaqәli Xәbәrlәr