"Messencer otaqları" istifadəyə verildi

“Facebook” sosial şəbəkə saytı yeni qrup videoçat xüsusiyyəti olan “messencer otaqları”nı istifadəyə verib

1405075
"Messencer otaqları" istifadəyə verildi

 

  “Facebook” sosial şəbəkə saytı yeni qrup videoçat xüsusiyyəti olan “messencer otaqları”nı istifadəyə verib.

  “Messencer otaqları” (Messenger Rooms) adamları dostları, ailəsi və ya eyni maraqları olan insanlarla çat bağlantıları vasitəsilə qoşulmağa və görüşməyə dəvət edəcək. Bu söhbətlərə dəvət olunan insanların “facebook” hesabı və ya “messenger”inin olmasına ehtiyac yoxdur, yəni heç bir tətbiq yükləmədən telefon və ya kompüterdən söhbətə qoşulmaq mümkün olacaq.

   50 nəfərlik “Messencer otaqları” sohbətlərində vaxt məhdudiyyəti yoxdur. Çatda danışan adamlar bu bağlantıları xəbər mənbələri, qrupları və səhifələrində paylaşa biləcəklər. Eyni zamanda, çat bağlantısını yaradan insanlar bu söhbətlərə kimin və neçə nəfərin qoşula biləcəyini özləri müəyyən edəcəklər.



Әlaqәli Xәbәrlәr