Dünyanın qeyri-adi memarlığı ilə seçilən 7 şəhərindən biri: Bakı

Rusiyanın RBK informasiya agentliyi dünyanın qeyri-adi memarlığı ilə seçilən 7 şəhər barədə məlumat verib. Materialda Bakı haqqında da informasiya yer alıb.

1400466
Dünyanın qeyri-adi memarlığı ilə seçilən 7 şəhərindən biri: Bakı
Bakı Şəhər İcra Hakimiyyəti binası...jpg
Bakı memarlığı_01.jpg

 

  Rusiyanın RBK informasiya agentliyi dünyanın qeyri-adi memarlığı ilə seçilən 7 şəhər barədə məlumat verib. Materialda Bakı haqqında da informasiya yer alıb.

  Hər bir şəhərin simasının onun memarlığı olduğunu qeyd edən agentlik qeyri-adi memarlıqdan zövq alan səyahətçilərə füsunkar siması ilə fərqlənən şəhərlərə diqqət yetirməyi, o cümlədən Azərbaycanın paytaxtı Bakıya da getməyi məsləhət görür.

  RBK yazır: “Bakı çoxmillətli və çoxmədəniyyətli bir şəhərdir. Burada Şərqlə Qərb sıx vəhdət təşkil edir. Qəribə deyil ki, burada vahid memarlıq konsepsiyası formalaşmayıb. Şəhər ən müxtəlif üslubları, o cümlədən barokko, qotika, klassika və milli arxitektura elementlərini əks etdirən modern üslublarını özündə birləşdirir… Bakının qonaqlarına İçərişəhərdə olmaq, Qız qalasına qalxmaq, Şirvanşahlar Sarayı, Heydər Əliyev Mərkəzini gəzmək, “Alov qüllələri”ni görmək tövsiyə olunur.

  Qeyd edək ki, məqalədə İstanbul, Barselona, Roma, Şanxay, Mərakeş və Oksford şəhərləri barədə də informasiya yer alır.



Әlaqәli Xәbәrlәr