ABŞ-da "Hər bir fərdin sağlamlıqla bağlı bərabər səviyyədə hüququ varmı?" sualı doğdu

ABŞ-ın bəzi ştat və şəhərlərində yeni növ koronavirus  (Covid-19) səbəbindən ölənlər arasında afroamerikalıların faizinin yüksək olduğu məlum olub.

1393522
ABŞ-da "Hər bir fərdin sağlamlıqla bağlı bərabər səviyyədə hüququ varmı?" sualı doğdu

 

ABŞ-ın bəzi ştat və şəhərlərində yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlər arasında afroamerikalıların faizinin yüksək olduğu məlum olub. Bu vəziyyət "Hər bir fərdin sağlamlıqla bağlı bərabər səviyyədə hüququ varmı?" sualını doğurub.
Əhali sayının 30 faizini qara dərililərin təşkil etdiyi Çikaqonun bələdiyyə sədri Lori Lightfood şəhərdə "Covid-19" səbəbiylə ölənlərin 72 faizinin afromerikalıların olduğunu söyləyib.
Lightfood "Bu məlumatlar "Covid-19"-un yayılması və icmalar arasındakı bərabərsizlik çox narahat bir tablo ortaya qoyur" deyə vurğulayıb.
Pandemiyanın təsirli olduğu başqa bir ştat olan Luizianada "Covid-19"-dan ölənlərin 70 faizinin qaradərililər olduğu bildirilib.
Əhalisinin 32 faizi Afrika mənşəli amerikalı olduğu Luiziana qubernatoru Con Bel Edvards bu nəticələrin səbəbini araşdıracaqlarını söyləyib.
Miçiqan ştatında koranavirusdan ölənlərin 40 faizinin qaradərili amerikalı olduğu ifadə edilib vəyoluxmaların ən çox qaradərilərin yaşadığı Detroytda qeydə alındığı ifadə edilib. Afrika amerikalıları Miçiqan əhalisinin 14 faizini təşkil edir.
İnsan Hüquqları üzrə Komitə federal hökuməti "Covid-19" infeksiyasının irq və etnik mənsubiyyətlər arasındakı səviyyə ilə bağlı rəqəmləri açıqlamağa dəvət edib.
Açıqlamada "Biz bu böhran dövründə hər irq və rəngdən olan insanların bərabər sağlamlıq və müalicə almasına əmin olmaq istəyirik" deyilib.



Әlaqәli Xәbәrlәr