Ölkələr arasında maska müharibələri

Yeni növ koronavirus (Covid-19) səbəbindən ölkələr arasında maska və qoruyucu vasitələr müharibəsi baş verir.

1392171
Ölkələr arasında maska müharibələri

Yeni növ koronavirus (Covid-19) səbəbindən ölkələr arasında maska və qoruyucu vasitələr müharibəsi baş verir.

Ölkələr misli görünməmiş şəkildə bir-birinin sifarişlərini müsadirə edirlər. Qitələri aşan bu müharibə ilk dəfə mart ayının əvvəllərində Çexiya və İtaliya arasında baş verib. Çexiya İtaliyanın sifariş verdiyi 110 min maskanı müsadirə edib. Məsələ yalnız diplomatik cəhdlərdən sonra həllini tapıb.

İtaliya Fransa ilə başqa bir problem yaşayıb. Martın 3-də İsveçin səhiyyə şirkəti Mölnlyckenin Çindən aldığı maskalar Fransada ələ keçirilib. Virusdan daha çox ziyan çəkən İtaliya və İspaniyaya göndərilən maskaların müsadirə edilməməsi üçün İsveç hökuməti məsələyə müdaxilə edib. Diplomatik səylərdən sonra maskaların yalnız yarısı İtaliya və İspaniyaya çatıb. Şirkət bundan sonrakı sifarişləri Belçikadan keçməklə İtaliya və İspaniyaya göndərəcəklərini açıqlayıb.

Almaniya martın 8-də İsveçrəyə gedəcək 240 min maskanın ixracına icazə verməyərək onları müsadirə edib.

İsveçrə, problemin həlli üçün diplomatik yollara əl atıb. Eyni hadisə digər ölkələrin maskalarını ələ keçirən Fransa və Almaniyada da baş verib.

Fransanın Paca Bölgəsinin başçısı Renaissance Muselier ödənişi həyata keçirməklə Çindən sifariş verilən maska və digər qoruyucu vasitələrin Amerika Birləşmiş Ştatlarına göndərildiyini açıqlayıb.

Almaniya da epidemiya ilə mübarizə məqsədilə aldığı 200 min qoruyucu maskanı ABŞ-ın ələ keçirdiyini bildirib. Maska davası ABŞ-da ştatlar və federal hökumət arasında da yaşanır.

ABŞ KİV-lərinin məlumatına görə, Massaçusetts ştatının aldığı 3 milyon maska,Nyu York limanında adı açıqlanmayan federal hökumət agentliyi tərəfindən müsadirə edilib.

ABŞ prezidenti Donald Tramp, qoruyucu maska istehsalçısı 3M şirkətini maska ixracını dayandırması üçün təhdid edib. İxracın davam etdirilməsinin şirkət üçün “ciddi nəticələrə yol açacağını” bildirib.

Qeyd edək ki, dünyada epidemiya qurbanlarının sayı 70 minə yaxınlaşıb. Virusa yoluxanlar sayı 1 milyon 250 mini ötüb.



Әlaqәli Xәbәrlәr