“Google” şirkəti koronavirusa qarşı aparılan mübarizəyə dəstək verdi

Bu barədə “Google” kompaniyasından verilən məlumatda bildirilib.

1391354
“Google” şirkəti  koronavirusa qarşı aparılan mübarizəyə dəstək verdi

“Google” kompaniyası koronavirus epidemiyası ilə mübarizə çərçivəsində kimlərin ''Evdə qal'' çağrışına əməl edib-etmədiyi barədə məlumatları dərc edəcəyini açıqlayıb.

Bu barədə “Google” kompaniyasından verilən məlumatda bildirilib.

Məlumata görə, “Google” kompaniyası ilkin mərhələdə 131 ölkədən məlumat təqdim edəcək və tədricən insanların hərəkətinin izlənəcəyi ölkələrin sayı artırılacaq. Məlumatda qeyd olunub ki, sayt müxtəlif dövlətlərin hakimiyyət orqanlarına karantin tədbirlərinin yerinə yetirilməsini qiymətləndirməyə kömək edəcək.

Hesabatda insanların market, əczaxana, park və ya iş yeri kimi yerlərəmi getdiyi, və bu məkanlarda insan sıxlığının necə dəyişdiyi bildiriləcək.

Kompaniya şəxsi məlumatların qorunması üçün hər bir fərdi istifadəçi barədə deyil, bu və ya digər obyektlərdə insan sıxlığı barədə ümumi informasiya verəcək.
 



Әlaqәli Xәbәrlәr