Doğulan əkizlərə Korona və Kovid adlarını qoydular

Hindistan mətbuatında yer alan xəbərlərə görə

1391163
Doğulan əkizlərə Korona və Kovid adlarını qoydular

 

  Hindistanda bir cütlük yeni doğulmuş əkiz körpələrinə Korona (Corona) və Kovid (Covid) adlarını veriblər.

  Hindistan mətbuatında yer alan xəbərə görə, bu adlar Raipurdakı bir xəstəxanada dünyaya gələn oğlan və qız olan əkizlərə qoyulub.

  Vinay Verma 26 mart gecə yarısı hamilə həyat yoldaşını motosikletlə xəstəxanaya apardı. Korona virusuna qarşı çox ağır tədbirlərin görüldüyü bir zamanda uşaqlar keysəriyyə əməliyyatı ilə çox çətinliklə doğulublar. 27 yaşlı ana deyir: “Biz müxtəlif çətinliklərlə üzləşdik. Uşaqlarımız dünyaya gəldi. Ərim bu ili unudulmaz etmək istədik. Onların adlarını Korona və Kovid qoyduq. Uşaqlar sonra istəsələr, dəyişə bilərlər."



Әlaqәli Xәbәrlәr