Yanvar və fevral ayları ərzində Türkiyədə 11 minə yaxın zəlzələ baş verib

Bu ilin iki ayı ərzində Türkiyə ərazisində on mindən çox zəlzələ qeydə alınıb.

1378142
Yanvar və fevral ayları ərzində Türkiyədə 11 minə yaxın zəlzələ baş verib

 

   2020-ci ilin yanvar-fevral ayları ərzində Türkiyə ərazisində 10 min 800 yeraltı təkan qeydə alınıb. Onların 5108-i yanvar, 5692-i isə fevral ayında baş verib. Ötən ilin eyni dövründə bu rəqəm 3 min 591 olub. Bu da o deməkdir ki, 2020-ci ilin yanvar ayında qeydə alınmış yeraltı təkanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.

  Təbii fəlakətlərdən insan tələfatı ilə nəticələnən və dağıdıcı təsirə malik olan zəlzələ bu il yanvarın 24-də Elazığ şəhərində qeydə alınıb. Baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər həlak olub, çox sayda tikiliyə zərər dəyib.



Әlaqәli Xәbәrlәr